İran XİN: Ermənistanın və regionun təhlükəsizliyini öz təhlükəsizliyimiz hesab edirik

0
191

“İran Ermənistanın və regionun təhlükəsizliyini öz təhlükəsizliyi hesab edir”.

“Sputnik Armenia” xəbər verir ki, bunu İranın XİN rəhbəri Hüseyn Əmir-Abdullahiyan Qafanda İran Baş konsulluğunun açılışı zamanı deyib.

Onun sözlərinə görə, İranın siyasəti ölkələrin ərazi bütövlüyünə və beynəlxalq hüquqla tanınan sərhədlərinə hörmətlə yanaşılmasına əsaslanır.

XİN rəhbəri Qafanda açılan İran konsulluğunun Ermənistan və İran hökumətlərinin, vilayət rəhbərliyinin dəstəyindən yararlanacağına, yerli əhali tərəfindən xeyirxah münasibət göstəriləcəyinə əminliyini bildirib.

“İran hökumətinin qarşılıqlı əlaqələr çərçivəsində Təbrizdə Ermənistan Baş konsulluğunun açılışı üçün hazır olduğunu xatırlatmaq istəyirəm”, – deyə o əlavə edib.