İran XİN: “Azərbaycanın ərazi bütövlüyünə hörmət göstərmək prinsipinə riayət olunmalıdır”

0
420

“Azərbaycanın ərazi bütövlüyünə hörmət göstərmək və mülki şəxslərə təcavüz etməmək prinsipinə riayət olunmalıdır”.

Bunu Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bildirib.

O, tərəfləri dialoqa çağıraraq, Tehranın bu hədəflərə çatmaq üçün yardım göstərməyə hazır olduğunu deyib.

Səid Xətibzadə, həmçinin, Dağlıq Qarabağda gedən döyüşlərdə, İran ərazisinin də zərər gördüyünü bildirərək, tərəflərə ehtiyatlı olmaları və bu mövzuda lazımi diqqəti göstərmələri barədə ciddi xəbərdarlıq edib.

Yeri gəlmişkən, xatırladaq ki, sosial şəbəkələrdə Ermənistan ordusunun işğal olunmuş Azərbaycan torpaqlarında mülki əhalini hədəfə alarkən atdığı sursatların bəzilərinin İran ərazisinə düşdüyü barədə görüntülər yayılmışdı, hətta yerli sakinlərdən yaralananların olduğu bildirilmişdi.