İran xəbərdarlıq etdi: Savaş olacaq…

0
553

İsrailin Fars körfəzində qanunsuz hərəkətləri silahlı qarşıdurmaya gətirib çıxara bilər.
Bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun hərbi donanmasının rəhbəri Əlirza Tanqsiri Livanın “Əl Mayadin” telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Vaşinqton və London Fars körfəzi sularında İsrailin varlığı üçün alyans yaratmağı planlaşdırırlar.