İran və Rusiya ildırım sürəti ilə müdaxilə edəcək: Ermənistanı qorxuya salan xəbərdarlıq

0
235

“Qərbin köməyi ilə Qarabağ məsələsini həll edən Azərbaycan Rusiyanın köməyi ilə Zəngəzur dəhlizi məsələsinə də həll edəcək. Ermənistan hakimiyyəti də Azərbaycanın bütün tələblərini qəbul edir”.

Bu barədə erməni politoloq Arqişti Kiviryan deyib.

Kiviryan qeyd edib ki, Qərbin Cənubi Qafqaza girməyəcəyi bəllidir.

“Ermənistanın Azərbaycan və Türkiyənin əyalətinə çevriləcəyi də göz qabağındadır. Çoxları düşünür ki, Rusiya və ya İran tərəfindən cəza tədbirləri olarsa, bu, aylar öncədən bilinəcək. Lakin fikrimcə, belə olmayacaq. Ermənistan hakimiyyətinin cəzalandırılması ilə bağlı qərar qəbul edilibsə, heç kim xəbərdarlıq etməyəcək. Həm İran, həm Rusiya tərəfindən Ermənistana qarşı ildırımsürətli addım atılacaq”, – erməni politoloq bildirib.