İran televiziyası qadın hakimə görə Premyer Liqa matçının yayımını 100 dəfədən çox kəsdi

0
351

İran televiziyası qadın hakimə görə İngiltərə Premyer Liqasının “Tottenhem” – “Mançester Yunayted” matçının yayımını 100 dəfədən çox kəsib.

1:3 hesabıyla bitən matçın yan xətt hakimi xanım Şon Messi olub.

Onun qısa şort geyinməsi isə matçı yayımlayan dövlət televiziyasını belə addım atmağa sövq edib.

Ekranda xanım hakim göründüyü zaman telekanal yayıma ara verərək, “Tottenhem”in stadionunun panoramlı görüntülərini nümayiş etdirib.