İran rəsmisi: “Azərbaycanla kəndlərin inkişafı sahəsində əməkdaşlığa hazırıq”

0
522

İran rəsmisi: "Azərbaycanla kəndlərin inkişafı sahəsində əməkdaşlığa hazırıq"
“İran Azərbaycanla kəndlərin inkişafı sahəsində əməkdaşlığa hazırdır”.

Bunu İranda köçərilər və kəndlilərin inkişafı üzrə dördüncü sərgidə (IRDX98) İran Prezident Aparatının məhrum bölgələr və kəndlərin inkişafı üzrə idarəsinin sədr müavini Məhəmməd Ümid deyib.
O qeyd edib ki, Azərbaycan Respubliaksı  kəndlərin inkişafı sahəsində  çox yaxşı addımlar atıb: “Azərbaycanın bu sahədəki səyi və İranın təcrübəsi iki ölkə arasında əməkdaşlıq üçün geniş  zəmin yaradır. İstərdik ki, gələn il təşkil olunacaq sərgidə Azərbaycan da iştirak etsin. Kəndlərin inkişafı  sahəsində Azərbaycanla əməkdaşlıq etməyə hazırıq.  Düşünürəm ki, iki ölkənin bu sahədə təcrübə mübadiləsi çox faydalı olacaq”.

Qeyd edək ki,  İranın köçərilər və kəndlilərin inkişafı üzrə dördüncü sərgisi  (IRDX98) avqustun 15-də fəaliyyətə başlayıb. Tehranın Beynəlxalq Sərgi Mərkəzində 30 min kvadrat metr ərazidə yerləşən sərgi sabah sona çatacaq.