İran prezidentindən ilginc PROQNOZ: NATO tezliklə dağılacaq

0
307

Şimali Atlantika Alyansı qeyri-qanuni olaraq müstəqil dövlətlərin ərazilərinə saxtakarlıqla nüfuz edir. Belə davranış NATO-nun tezliklə dağılmasına gətirib çıxaracaq”.

Bunu İran prezidenti İbrahim Rəisi Moskvaya səfəri çərçivəsində qatıldığı Dövlət Dumasının plenar iclasında çıxışı zamanı deyib.

“NATO müxtəlif bəhanə və pərdələrlə ölkələrin coğrafi məkanlarına nüfuz etməklə məşğul olur və müstəqil dövlətləri təhdid edir. Müstəqil demokratiyalara qarşı çıxmaq, xalqların, mədəniyyətin, xalqların adət-ənənələrinin özünütənzimlənməsinə qarşı çıxmaq, bütün bunlar NATO-nun gündəmindədir və bu, aldatmadır. Belə davranış sonda Alyansın parçalanmasına gətirib çıxaracaq”. 

Rəisinin sözlərinə görə, dominantlıq strategiyası iflasa uğrayıb və ABŞ hazırda ən zəif mövqedədir:

“Bununla belə, biz görürük ki, ekspansionist siyasət istəyi aradan qalxmayıb, əksinə, onlar (ABŞ) bunu öz gündəmlərinə daxil edirlər və ən mühüm məqsəd müstəqil dövlətləri məhz daxildən zəiflətməkdir. Məqsəd iqtisadi sanksiyaların tətbiqi və ölkədə daxili vəziyyəti qeyri-sabitləşdirməkdir”.