İran Prezidenti: “Görürəm ki, xalqa heç bir cavabım yoxdur”

0
11

İran Prezidenti Məsud Pezeşkian ölkədəki yanacaq qaçaqmalçılığına toxunub.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

“Özümlə nə qədər çox mübarizə aparsam, bir o qədər də görürəm ki, bu cür resursların israfına görə xalq qarşısında cavabım yoxdur”, – deyə M.Pezeşkian vurğulayıb.

M.Pezeşkian əlavə edib ki, bu qədər yanacaq qaçaqmalçılığı fonunda insanların enerji istehlakını idarə etmək üçün hökumətin qaz və elektrik enerjisini kəsməsini qəbul etməməsi təbiidir.