İran nüvə proqramı ilə bağlı razılaşmanın bəzi müddəalarına dair öhdəliklərin icrasını rəsmi olaraq dayandırıb.
Bu barədə Press TV İranın Atom Enerjisi üzrə Agentliyinə istinadən yazıb. Bildirilir ki, İran Milli Təhlükəsizlik Şurasının təsdiqindən sonra belə qərar verilib.
Qeyd edək ki, ABŞ-ın nüvə razılaşmasından çıxmasının ildönümü ilə əlaqədar mayın 8-də İran Hərtərəfli Birgə Fəaliyyət Planının bəzi müddəalarının icrasının dayandırmaq barədə qərar verdiyini açıqlayıb.