İran öz təyyarələrinin Beyruta enməsinə icazə verilməyənə qədər Livandan gələn təyyarələrin Tehrana enməsinə icazə verməyəcək.
Bu barədə İranın Beyrutdakı səfiri Müctəba Əmani açıqlama verib.
Digər tərəfdən, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi İsrailin Tehrandan Livan vətəndaşlarını daşıyan sərnişin təyyarəsini təhdid etdiyini bildirib.
Onun sözlərinə görə, İsrail bunun ölkənin Beyrut Hava Limanına müntəzəm uçuşların pozulmasına səbəb olduğunu, bunun da beynəlxalq hüquqlara zidd olduğunu bəyan edib.
Xatırladaq ki, İranın paytaxtı Tehrandan Beyruta getməsi gözlənilən təyyarəyə Livan icazə verməmişdi. Nəticədə “Hizbullah” tərəfdarları hadisəyə etiraz edib, Livan ordusu küçələrə axışıb.