İran İsraili yenidən HƏDƏLƏDİ

0
61

“İranın İsrailə hücum etmək üçün qanuni əsası yoxdur”.

Bunu Ağ Evin yüksək rütbəli rəsmisi deyib.

ABŞ prezident administrasiyasının nümayəndəsi Yaxın Şərqdə mövcud gərginliyin genişmiqyaslı münaqişəyə çevrilməsi perspektivini şərh edib.

O əlavə edib ki, İran açıq şəkildə İsrailə hücum edərsə, Tehran olduqca ciddi nəticələrlə üzləşəcək.

Bundan əvvəl “Politico” mənbələrə istinadən yazıb ki, İran hakimiyyəti İsrailə qarşı kütləvi hücum üçün ilkin planlardan imtina edərək, taktikanı dəyişmək imkanını nəzərdən keçirir. Nəşrin yazdığına görə, ABŞ hesab edir ki, Tehran artıq müvafiq qərar qəbul edib və yaxın gələcəkdə yəhudi dövlətinə zərbə gözləmir.