İran-İsrail qarşıdurmasının daha bir səhifəsi bağlanır – Növbəti hücum hədəfi budur

0
77

İsrail İrana hücumun başa çatdığını elan edib: nüvə və enerji obyektlərini hədəfə almamaqla ABŞ-ın istəyinin əleyhinə çıxmadılar; bu məqam göstərir ki, böyük müharibədə İran maraqlı olmadığı kimi, İsrail də başda ABŞ olmaqla müttəfiqlərinin tam dəstəyini almadan belə bir döyüşə girmək istəmir;

Cavab xarakteri daşıyan hücum İsrailə bir neçə aspektdən lazımdır:

– İranın İsrailə hücumunun cavabsız qalması onun “müqavimət oxu”nda zədələnmiş nüfuzunu qorumağa imkan verirdi: bu hücumla İranın “toxunulmaz olmadığı”nı göstərir;

– Proksi qüvvələrlə aparılan müharibəyə İranın müdaxiləsini məhdudlaşdırmağa çalışır;

İsrail-İran qarşıdurması hələ ki idarəolunan vəziyyətdədir, lakin istənilən vaxt nəzarətdən çıxması təhlükəsi aktual olaraq qalır. Son hücumla Haniyənin ölümündən sonra Tehran-Təl-Əviv qarşıdurmasının daha bir səhifəsi bağlanır, növbəti səhifədə husilərin hədəfə alınacağı və yeni hücumların motivinə çevriləcəyi ehtimalı böyükdür.