İran-İsrail qarşıdurması neft bazarını ÇÖKDÜRDÜ – “Ciddi profisitlə üzləşəcək”

0
34

Çərşənbə axşamı İsrailin İran hədəflərinə hücumu ilə bağlı qorxuların səngiməsi və Çindən tələbin zəifləməsi ilə neft qiymətləri kəskin ucuzlaşıb.

Bu barədə “Financial Times” Beynəlxalq Enerji Agentliyinin ( BEA ) proqnozuna istinadla məlumat yayıb.

Agentliyin məlumatına görə, “Brent” markalı neftin qiyməti erkən ticarətdə 5,3% ucuzlaşaraq bir barel üçün 73,34 dollar olub, sonra isə qismən bərpa olunaraq əvvəlki səviyyədən 4,9% aşağı düşüb. Amerikanın WTI markalı nefti 5,6% ucuzlaşıb.

“Çin neftinə tələbat gözləntilərdən aşağı düşməyə davam edir və ümumi artımı saxlayan əsas amildir”, – BEA ekspertləri bildirib.

Agentlik bu il neft tələbinin artımı ilə bağlı proqnozuna düzəlişlər edərək, onu gündəlik 40 min barel azaldaraq, gündəlik 860 min barrelə çatdırıb. 2025-ci il üçün artımın gündə təxminən 1 milyon barel olacağı proqnozlaşdırılır.

IEA, həmçinin OPEK üzvləri arasında mümkün tədarük pozuntularını azaltmaq üçün 1,2 milyard bareldən çox ehtiyatın və kifayət qədər ehtiyat tutumun olduğunu qeyd edib.

“Hazırda tədarüklər davam edir və ciddi pozuntular olmadığı halda, yeni ildə bazar əhəmiyyətli profisitlə üzləşəcək”, – agentlik vurğulayır.