İran İsrailə cavab verməlidir! – Rəsmi Tehran bəyanat yaydı

0
39

BMT Nizamnaməsinə əsasən, İran özünü İsrailin İran ərazisinə hücumuna cavab verməyə borclu hesab edir.

Bu barədə İran İslam Respublikası Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“İran İslam Respublikası Xarici İşlər Nazirliyi sionist rejimin İrandakı hərbi mərkəzlərə qarşı təcavüzkar hərəkətlərini qətiyyətlə pisləyir və onları beynəlxalq hüququn və BMT nizamnaməsinin “Digər ölkələrin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı güc tətbiq etməkdən və ya güc tətbiq etmə” bəndinin açıq şəkildə pozulması kimi qiymətləndirir. ”, – bəyanatda deyilir.

Daha sonra vurğulanır ki, İran BMT Nizamnaməsinin 51-ci maddəsində də öz əksini tapmış ayrılmaz hüquqi müdafiə hüququna əsaslanaraq, özünü xarici təcavüz aktlarından müdafiə etmək hüququnu özündə saxlayır və özünü borclu hesab edir.