İran İsrailə bu gün hücum edəcək – III Dünya müharibəsi başlayır

0
84

İranın İsrailə gözlənilən “qisas zərbəsi” gecikir. İran dövlət televiziyası hücumun yaxın saatlarda olacağını elan etsə də, hələ də səssizlik hökm sürür. Əvəzində Hizbullah İsrailə bir neçə zərbə endirib, o cümlədən, İrana bağlı husilər Qırmızı dənizdə ABŞ-ın MQ-9 PUA-sını və Ədən körfəsinə daxil olan gəmini vurduqlarını elan edib.

İranın gözlənilən hücumunun birdən çox mümkün səbəbi var.

Birincisi, İran İsraillə genişmiqyaslı müharibənin başlanmasına səbəb olacaq addım atmaqdan çəkinir: müəyyən mesajlar verilsə də, “qisas aktını” daha çox proksi qüvvələr üzərindən həyata keçirməklə birbaşa qarşıdurmaya zəmin yaratmaq istəmir;

İkincisi, İran cavab zərbəsi üzərində hələ də düşünür: aprel ayında İranın İsrailə hücumu PUA və raketlərlə baş tutmuşdu və bu hücum daha çox görüntü xarakteri daşıyırdı; İranın indi də analoji ssenarini tətbiq edəcəyi ehtimalı olsa da, mümkündür ki, bu dəfə daha fərqli addım atmaq istəyirlər;

Üçüncüsü, İran İsraildə konkret hədəflərə zərbə endirmək planını hazırlayır: istisna edilməməlidir ki, Tehran aprel hücumundan fərqli olaraq, indi “nəticə” əldə edildiyini nümayiş etdirmək fikrindədir;

İranın İsrailə mümkün zərbəsinin gecikməsi bununla bağlı ola bilər.

Məlumatlara görə, İranın İsrailə hücumu bu gün – avqustun 5-də ola bilər.

“Axios” nəşri mənbələrə istinadən yazır ki, hücumun 5 avqust tarixində ola biləcəyini ABŞ və İsrail rəsmiləri təsdiq edib. ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri general Maykl Kurilanın Yaxın Şərqə səfəri də bununla bağlıdır. Bu səfər əvvəldən planlaşdırılsa da, İran təhdidi səfərin gündəliyini dəyişib və amerikalı general aprel ayında olduğu kimi, indi də İsrailin zərbələrdən qorunması işini təşkil etməlidir.
İsrailin müdafiə naziri Yoav Qallantın müdafiəni təşkil etmək məqsədilə iclas keçirməsi də bu kontekstdə diqqət çəkir.

İranlı ekspert Hayal Muazzi da bildirir ki, regional münaqişə qaçılmazdır.

“Müharibənin 95 faiz qaçılmaz olduğu ortadadır. Nəhayət, 45 illik gözləmədən sonra İranın İsraildən birbaşa qisas almasının vaxtı çatıb”, – iranlı ekspert bildirib.

Beynəlxalq ekspertlər İranın İsrailə birbaşa hücumunun III Dünya müharibəsinə səbəb olacağını hesab edir. Bu müharibədə ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya İsrail tərəfdən, İran və proksi qüvvələri digər tərəfdə döyüşəcək. Rusiya və Çinin arxa fonda İran cəbhəsindən döyüşəcəyi gözlənilir.