İran HDQ-nin freqatı öz gəmisini vurdu: Ölən və yaralananlar var

0
300

İran Hərbi Dəniz Qüvvələrinin (HDQ) “Jamaran” freqatı hərbi təlim zamanı səhvən tədbirdə iştirak edən digər hərbi gəmini atəşə tutub.

Faciə Oman körfəzində baş verib. “Jamaran”dan buraxılmış gəmi əleyhinə raket “Konarak” köməkçi gəmisini vurub.

Hadisə nəticəsində onlarla insan yaralanıb. İki nəfərin öldüyü bildirilir.

“Konarak”ın batdığı iddia edilir.

İran ordusu hələlik məlumatı təsdiqləməyib.

“Jamaran” – 2010-cu ildə istismara verilmiş və İran donanmasında ən müasirlərdən sayılan “Moudge” sinifinin əsas freqatıdır. Çin istehsalı olan gəmi əleyhinə raketlər, torpedalar və bir neçə silahla təchiz olunub. Heyət 140 nəfər təşkil edir.