İran Ermənistanı hədələdi: Ukrayna sizə dərs olmalıdır

0
39

Sünik şəhərinin inzibati mərkəzi olan Qafan şəhərində İran konsulluğu 2 ildir ki, fəaliyyət göstərir.

Baş konsul Morteza Abedin Varamin “Sputnik Ermənistana” müsahibəsində konsulluğun vəzifələri, Ermənistan-İran münasibətləri və İranın Cənubi Qafqazdakı rolu barədə danışıb.

O, “Qərb ölkələri Sünikə ciddi maraq göstərirlər… Onları bura cəlb edən nədir?” sualına cavab verərkən Ukraynanı nümunə göstərərək, Ermənistanı hədələyib.

“Bu suala onlar özləri cavab verməlidirlər. Sünik bizim üçün önəmlidir, çünki bu erməni bölgəsi İranla həmsərhəddir və bizim Ermənistanla çoxəsrlik əlaqələrimiz var. Bu da sizə sual olmalıdır – niyə bura gəlirlər, yerli işlərə qarışırlar, Sünikdə möhkəmlənməyə çalışırlar? Bu suala mütləq cavab almalısınız.

Biz bu ölkələrə deyirik ki, Ermənistana imkan verin ki, öz yolu ilə getsin, qarışmayın. Ermənistan müstəqil dövlətdir və bu müstəqilliyə hörmət edilməlidir. Heç kim ona kiminlə dostluq qurmalı və kiminlə dostluq etməməli olduğunu deməməlidir. Ermənistan isə öz yolu ilə getməlidir. Ukrayna münaqişəsi erməni xalqı üçün bir növ dərs olmalıdır”, – konsul deyib.