İran Ermənistana “Shahed” kamikadze dronlarını satmağa hazırlaşır.
Bu iddia ilə Ermənistan mətbuatı İranın Müdafiə Nazirliyindəki mənbəyə istinadən çıxış edib.
İranın müdafiə naziri, briqada generalı Məhəmməd Rza Aştiani yayılan xəbərlərə münasibət bildirib.
“İran müdafiə sektorunda əməkdaşlıqla bağlı müxtəlif ölkələrlə müzakirələr aparır. Bu ölkələrin arasında Qətər, Türkiyə, Rusiya və Ermənistan da var. Lakin konkret olaraq “Shahed” kamikadze dronlarının Ermənistana satılması ilə bağlı İrəvanla heç bir müzakirə aparılmayıb”, – nazir qeyd edib.