Iran casuslarının Azərbaycandakı dükanları bağlanmalıdır – Güneyli soydaşımız

0
180

 Iranın son 30 il ərzində Ermənistanla əməkdaşlıq etməsi, onu silahla, ərzaqla, elektrik enerjisi və qazla hərtərəfli təmin etməsi göz önündə idi. Ancaq bunu çox aşkara çıxarmırdılar. Son vaxtlar İranın sərhəddə iki-üç dəfə hərbi təlim keçirməsi, Zəngəzurda – Qafanda Baş Konsulluq açması kimi addımlar göz önündədir. Biz dəfələrlə demişik ki, İran casuslarını aşkara çıxarın, buradakı ilan yuvalarını bağlayın”.

Bunu açıqlamasında Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü, qurumun Güney Azərbaycan nümayəndəliyinin rəhbəri Babək Muğanlı deyib.

O qeyd edib ki, bəzi ölkələr Azərbaycana iqtisadiyyatı, ancaq molla rejimi Azərbaycanın dünyəvi dövlətçiliyi əleyhinə geniş təbliğat ilə gəlib: “İkinci Qarabağ müharibəsində verdiyimiz üç min şəhidimizin qanında İran rejiminin əli var. Mən 1992-93-cü illərdə Arazın o tayında bunun canlı şahidi olmuşam. Azərbaycandakı İran casuslarının hamısı tutulmalıdır. Onların buradakı dükanlarının hamısı bağlanmalıdır. Burada öz dövlətinə xəyanət edən nə qədər insan varsa, hamısının qarşısı alınmalıdır. Digər tərəfdən, Azərbaycan Prezidentinin Səməqənddə etdiyi çıxış İran hakimiyyətində indiyədək olmadığı qədər zəlzələ yaradıb. Məclisdə (parlamentdə) müzakirələrin, qəzetlərdə, jurnallarda, saytlarda Azərbaycan əleyhinə çıxışların, yazıların sayı qat-qat artıb. İran Azərbaycan əleyhinə olan məlumatların hamısını Ermənistana ötürür. Bu istiqamətdə güclü İran-Ermənistan əməkdaşlığı mövcuddur. İran parlamentində çıxış edən bir deputat deyir ki, əgər qoşulmaqdan söhbət gedirsə, Azərbaycan İrana qoşulmalıdır. Sən İranda dünya xalqlarının gözü önündə nə fəlakətlər yaşatmısan, indi müstəqil dövlət gəlib səninlə birləşəcək?! Sənin normal hökumətin, insan azadlığın, din azadlığın, söz azadlığın var, nə var ki, gəlib səninlə birləşəcək?!”

Babək Muğanlı qeyd edib ki, son vaxtlar o taylı-bu taylı azərbaycanlıların hamısının əl-ələ verib bir-birini dəstəkləməsi İrana od qoyub: “İran Amerika, İsrail və başqa ölkələrlə savaşa girə bilər. Ancaq Azərbaycan sərhədində bir fişəng partlada bilməz. Onun qorxusu 10 milyon azərbaycanlıdan deyil, oradakı 40 milyon azərbaycanlıdandır. Təsəvvür edin, Azərbaycan Prezidentinin bir çıxışı ilə şəhərlər, binalar prezidentin şəkli ilə bəzəndi, bəyanatlar yayıldı. İran Azərbaycanın müstəqilliyini tanısa da, həmin gündən Azərbaycana xəyanət edib. İran istər mədəni, istər siyasi, istərsə də iqtisadi cəhətdən, hər tərəfdən Azərbaycana xəyanət edən bir molla rejimidir. Odur ki, onların buradakı ilan yuvalarından, bir-bir o deşikdən ilanları çıxarıb tutmaq lazımdır. Təkcə Bakıda deyil, bütün bölgələrdə var. Onun burdakı əlaltıları Nizami küçəsinə çıxrlar, aksiya keçirirlər və sair. Onun qorxusu Azərbaycan xalqından dolayıdır. Ermənistanla da onun əməkdaşlıq etməsi göz qabağındadır. İşğal olunmuş ərazilərdə 67 məsciddən 65-ni dağıdıb, məscidlərə donuz bağlayırlar. Buna bir reaksiya vermir. O rejim şiə rejimi deyil, islam rejimi deyil. Onların hamısı göstərişlə gələn nanəcib, fitnəkar, insan qanına susamış rejimdir. Azərbaycanın qarşısında da yavaş-yavaş diz çökməyə başlayıb. Çünki xalqımız orada ayıqdır. Xalqımız 40-60 il bundan qabaqkı deyil. Odur ki, ən möhkəm yumruğu bu rejimin ağzına orada vuracaqlar