İran Azərbaycanla arasını vuran fitnəkarları tapdı: Onlardır

0
103

İranın Azərbaycandakı səfiri Abbas Musəvi deyib ki, İran və Azərbaycan arasındakı fikir ayrılıqlarında düşmənlərin və onların təhlükəsizlik xidmətlərinin sui-qəsdləri görünür.

Bu barədə “İrna” məlumat yayıb.

“Biz “münasibətlərdə soyuqluq” mərhələsini ağıl, müdriklik və uzaqgörənliklə aşmağa və ikitərəfli münasibətlərdə yeni səhifə açmağa çalışırıq.

Düşmənlərin, regionda və onun hüdudlarından kənarda olan bəzi ölkələrin və rejimlərin, xüsusən də onların təhlükəsizlik xidmətlərinin fitnələri İran və Azərbaycan arasındakı fikir ayrılıqlarında görünür.

Təbii ki, ailədə hər kəsin eyni fikirdə olmadığı kimi, qonşuların da fikir ayrılığı ola bilər. Qonşular bir-biri ilə sıx bağlıdır. Amma bəzən onları kirdən və mikroblardan təmizləməli oluruq. İranın yeni hökumətinin qonşuluq siyasəti ciddi və prinsipialdır”, – deyə səfir qeyd edib.

Maraqlıdır, hər gün İran mediası Azərbaycana kin “qusur”. Molla rejiminin birbaşa dəstəyi ilə İranda separatçıların tədbiri keçirilir, onlar təlimatlandırılır, Azərbaycanın ərzi bütövlüyü şübhə altına alınır. Səfir isə fitnəkarları başqa yerdə axtarır.