“İran Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir” – VİDEO

0
549

Müxtəlif gərginliklərdə başqa ölkələrin milli suverenliyi və ərazi bütövlüyünü dəstəkləmək İranın rəsmi mövqeyidir”. Bunu İran Prezident Administrasiyasının rəhbəri Mahmud Vaizi Prezidentinin köməkçisi Hikmət Hacıyevlə telefonla danışığında bildirib.

M.Vaizi pandemiya dövründə Tehran-Bakı əlaqələrini ortaq maraqlar çərçivəsində inkişaf etdirmək üçün daha çox fəaliyyət göstərməyin vacib olduğunu vurğulayıb.

O, İran və Azərbaycan arasındakı yaxşı münasibətlərin bölgədəki ölkələr üçün nümunə olduğunu da qeyd edib:  “Qarşılıqlı əlaqələri inkişaf etdirmək üçün iki ölkədəki potensiallardan istifadə edilməsi vacibdir”

Ötən gün Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu da Azərbaycanlı gənclərə təşəkkür edib. Buna səbəb isə Mövlud Çavuşoğludan gələn dəstəyə gənclərimiz tərəfindən çoxsaylı təşəkkürlər mesajlarının gəlməsi olub. O da öz növbəsində rəsmi səhifəsində paylaşım edərək “Can qardaşlarımıza canımız fəda” sözlərini yazıb.