İran ABŞ-a “Bakıya hücum etdim” mesajını niyə verir? – İrəvanla Tehranın oyunu

0
189

İrəvan Bakı-Tehran xəttində qırılmanı dərinləşdirməyə çalışır.

Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyanın ötən ilin sentyabrında sərhəddə baş verən döyüşlərdə İranın Azərbaycan ordusunun genişmiqyaslı əməliyyatının qarşısını almaqda İrəvana bütün vasitələrlə kömək etdiyinə dair fikirləri, ilk baxışda bu versiyanı ortaya çıxarır.

Və həqiqət payı da kifayət qədərdir. İranın Ermənistana hərtərəfli dəstəyi sirr deyil, o da sirr deyil ki, Bakı-Tehran qarşıdurması İranın dəstəyinin gücənməsində İrəvana yeni imkanlar yaradır və bu, onun üçün regionda təklənməmək baxımından əhəmiyyətlidir, xüsusilə Moskva qarşısında “mərkəzdənqaçma siyasəti” fonunda.

Sözsüz ki, İrəvanın belə bir “etirafı” Tehranla razılaşdırılıb və bu kontekstdə sual yaranır: Azərbyacan ictimai rəyində anti-İran mövqeyini daha da gücləndirmək naminə olsa da, Tehran nəyə nail olmaq istəyir?

Burada üç əsas məqama diqqət etmək olar:

– Müsahibə hansı media orqanında yayımlanıb?
– Ermənistan kimə, hansı mesajı verir?
– Niyə indi belə açıqlamalar tirajlandı?

Kostanyanın müsahibə verdiyi “Al-Monitor” nəşri Vaşinqtonda fəaliyyət göstərir və Yaxın Şərqlə bağlı əsas platformalardandır. Bu müsahibənin İrəvanın təşəbbüsü ilə yayımlandığı ehtimalı böyükdür və müsahibənin əsas məğzi Vahanın dediyi “İran bu gün regionda Ermənistanın mühüm tərəfdaşıdır” fikridir.

Və bu, Ermənistanın Bakı-Tehran xəttindəki qırılmanı dərinləşdirməkdən daha çox, ABŞ-a verdiyi mesaj, həm də Tehranın İrəvan üzərindən Vaşinqtona “əhəmiyyətini” nümayiş etdirməsidir.

İranın Ermənistanın sərhədlərini “qırmızı xətt” elan etməsi, Azərbaycan qarşısında bu ölkəni açıq və tam dəstəkləməsi Cənubi Qafqazdakı maraqları ilə yanaşı, həm də Bakı və Ankara qarşısında İrəvanı “müdafiə etdiyini” ABŞ-a göstərmək məqsədi daşıyır: Tehranda ümid edirlər ki, bu yolla Vaşinqtonun regional siyasətinə töhfə verə və hərbi müdaxilə variantını arxa plana keçirə bilərlər; bu prosesdə erməni-fars lobbisi ciddi şəkildə işləyir;

İsrailin İrana zərbələr endirməsindən dərhal sonra sentyabr döyüşlərində İranın Ermənistan uğrunda döyüşdüyünün gündəmə gətirilməsi ABŞ-ın hərbi müdaxilə qərarına təsir etməyə hesablanıb. Tehran bu ssenarinin qarşısını almq üçün Bakıya hücumunu etiraf edir