İrəvanla gizli silah müqaviləsi: İran səfiri detalları açıqladı

0
57

Ermənistan Müdafiə Nazirliyinin ardınca İran səfiri Mehdi Sobhani də İrəvan və Tehran arasında 500 milyon dollar dəyərində gizli silah sövdələşməsi barədə mediada yayılan məlumatları təkzib edib.

Bu barədə daha əvvəl “Iran İnternational” yazıb və qeyd edib ki, guya erməni tərəfi pilotsuz təyyarələr və hava hücumundan müdafiə sistemləri alır.

“Mehr” agentliyinə verdiyi şərhdə diplomat bu məlumatı “İranın region ölkələri ilə dostluq münasibətlərinə xələl gətirmək cəhdi” adlandırıb.

Onun sözlərinə görə, bu cür mesajlar İslam Respublikası haqqında tez-tez saxta xəbərlərin və qərəzli təhlillərin mənbəyinə çevrilən etibarsız media tərəfindən yayılır.

Sobhani qeyd edib ki, İran Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasını, eləcə də iqtisadi inkişafı dəstəkləyir.