Hindistan və Ermənistan arasında İrandan keçən ticarət yolunun 2024-cü ilin may ayına kimi açılması planlaşdırılır.Ticarət yolunun işə salınması Ermənistan, Hindistan, İran, daha sonra Gürcüstan və Aİ-yə və əks istiqamətdə ticarət dövriyyəsini və yük daşımalarını kəskin şəkildə artıracaq.
Bu barədə Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan bildirib .
Nazir deyib ki, bu yaxınlarda hindistanlı həmkarı, həmçinin Çabahar limanının Hindistan hissəsini idarə edən şirkətin rəhbəri ilə görüşüb. Tərəflər may ayına qədər həyata keçirilməli olan fəaliyyət planını müəyyən ediblər.
Söhbət Hindistandan Ermənistana, daha sonra Gürcüstana və Aİ ölkələrinə və əks istiqamətdə maneəsiz yük daşınmasını təmin etmək üçün İran və Hindistan tərəfləri ilə əməkdaşlıqdan gedir.
“Məqsədimiz 2024-cü ilin may ayına qədər ehtiyac duyduğumuz infrastrukturu əldə etməkdir”.
İrəvan ümid edir ki, ticarət yolunun işə düşməsi Ermənistan, Hindistan, İran, daha sonra Gürcüstan və Aİ-yə və əks istiqamətdə ticarət dövriyyəsini və yükdaşımaları kəskin şəkildə artıracaq.