İrəvandan Aİ müşahidəçiləri ilə bağlı yeni təklif: Sülh müqaviləsi bağlanarsa….

0
14

Azərbaycanla sülh sazişi imzalanarsa, Ermənistan və Avropa İttifaqı Aİ müşahidəçiləri üçün yeni mandatı müzakirə edə bilər.

Bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan bildirib.

“Bu mandat 2 il müddətinə nəzərdə tutulub. Təbii ki, gələcəkdə sülh sazişi imzalansa, ratifikasiya olunarsa və sabit sülhün əlamətləri olarsa, biz Aİ müşahidəçiləri üçün yeni mandatı müzakirə edə bilərik. Bunu sərhəd xətti ilə məhdudlaşdırmaq lazım deyil”, – Hovhannisyan bildirib.

Onun sözlərinə görə, mandata etimad tədbirlərinin həyata keçirilməsi də daxildir. Ovannisyanın fikrincə, Bakı ilə münasibətlərin ssenarisi müsbət olarsa, müşahidəçilərlə işin davam etdirilməsi üçün də düzgün modellər tapmaq olar.

Sülh müqaviləsindəki “üçüncü qüvvələrin geri çəkilməsi” ilə bağlı qeyri-müəyyən ifadədən istifadə edərək, Azərbaycanın Aİ missiyasının tamamilə geri çəkilməsini tələb edə biləcəyi ilə bağlı suala nazir müavini bildirib ki, müşahidəçilərin belə hesab oluna biləcəyinə şübhə edir.

“Bu, müşahidə missiyasıdır. Məntiq diktə edir ki, belə tələblər olmamalıdır. Amma etimaddan danışmaq çətindir”, – Hovhannisyan bildirib.

Onun sözlərinə görə, adətən belə hallarda söhbət hərbi qüvvələrdən gedir. Deməli, bu da müzakirə mövzusudur.

Qeyd edək ki, martın 13-də İrəvan və Bakının qalan iki bənd üzrə razılığa gələrək, sülh müqaviləsinin mətninin razılaşdırılması üzrə danışıqları başa çatdırdıqları məlum olub.