İrəvanda YENİ XAOS: Ermənilər Azərbaycanla sərhədə AB kontingentinin yeridilməsini TƏLƏB EDİR

0
308

“Rusiya sülhməramlılarının Ermənistan və Azərbaycan sərhədindəki təcavüzü önləyə bilməməsi artıq faktdır. Onların yerinə sərhədimizdə beynəlxalq kontingentin olması dünya ictimaiyyətini susmamağa vadar edəcək…”
“Fəallar və hüquq müdafiəçiləri bu gün İrəvanda hökumət binası qarşısında Ermənistan sakinlərinin təhlükəsizliyini təmin edən mexanizmlərin tətbiqi və ölkənin maraqlarının müdafiəsi tələbi ilə etiraz aksiyasına çıxıblar”.
Bu haqda Rusiya nəşrlərindən biri məlumat yayıb.
Fəallar əllərində “Qadınlar bu qətliamın təşkilatçılarına qarşı”, “Sərhəddə əsgər yoxdur”, “Niyə KTMT-yə rəhbərlik edirsən?”, “Bizim təhlükəsizlik məsələsini həll edin, ya da uzaqlaşın!” sözləri yazılmış plakatlar tutub.
“Rusiya sülhməramlılarının Ermənistan və Azərbaycan sərhədindəki təcavüzü önləyə bilməməsi artıq faktdır. Onların yerinə sərhədimizdə beynəlxalq kontingentin olması dünya ictimaiyyətini susmamağa vadar edəcək, əks halda onların reputasiyasına ciddi xələl gələcək”- deyə aksiya iştirakçılarından biri bildirib
“Aksiya təşkilatçıları qeyd ediblər ki, beynəlxalq hüquq sahəsində ekspertlər həm Ermənistan hökumətinə, həm də beynəlxalq ictimaiyyətə təqdim olunacaq sənəd hazırlayır. Bu sənəd Ermənistan-Azərbaycan sərhədində beynəlxalq hərbi kontingentin yerləşdirilməsi zərurətindən bəhs edir. Çünki həm Ermənistanda, həm də Dağlıq Qarabağda olan Rusiya sülhməramlıları “hərəkət etmirlər”. Sənəddə beynəlxalq qrupun monitorinq mexanizmlərinin həyata keçirilməsinə də toxunulur. Bu məhz Avropa İttifaqının sülhməramlı qüvvələrinə ehtiyac olduğunu açıq şəkildə göstərəcək, çünki KTMT faktiki Rusiyadır,  Rusiya isə “işləmir”…” – xəbərdə belə deyilir.
Rusiya nəşri müxbirinin verdiyi məlumata görə, Paşinyan hökumətindən etirazçılar qarşısına heç kim çıxmayıb, fəallar özləri də Ermənistan hökumətinə heç bir sənəd  təqdim  etməyiblər.