İrəvanda Paşinyana qarşı HƏRƏKƏTƏ KEÇDİLƏR: snayperlər… – VİDEO (YENİLƏNDİ)

0
312

Ermənistan Xarici İşlər Nazirliyinin binası yüzlərlə polis tərəfindən mühasirəyə alınıb.

Baş nazir Nikol Paşinyan Xarici İşlər Nazirliyinin əməkdaşlarını Ermənistanda 2 martda qeyd olunan Diplomatik İşçi Günü münasibətilə təbrik etmək üçün gələcək.

Media nümayəndələri də daxil olmaqla, heç kimin Xarici İşlər Nazirliyinin binasına yaxınlaşmasına icazə verilmir, binaların damlarında snayperlər müşahidə aparır.

***

10:53

Ermənistanın müxalifət qüvvələrindən ibarət Vətənin Xilası Hərəkatının növbəti kütləvi mitinqi keçiriləcək.

Baş nazir Nikol Paşinyanın istefasını tələb edən etirazçılar Xarici İşlər Nazirliyinin binası qarşısına toplaşacaq.

N.Paşinyanın bu gün saat 12:30-da Xarici İşlər Nazirliyinin inzibati binasında görüşü planlaşdırılıb. Müxaliflər baş naziri qabaqlayaraq saat 12:00-da aksiyanı başlatmaq niyyətindədir.

Aksiyanın əsas şüarı ənənəvi “Nikolsuz Ermənistan”dır.