İrəvanda mitinq: Nikolun istefası tələb olunur

0
360

İrəvanın Azadlıq meydanında 17 müxalifət partiyasının iştirakı ilə mitinq keçirilir.

Məlumata görə, mitinq iştirakçıları baş nazir Nikol Paşinyanın istefasını və müvəqqəti hökumətin formalaşdırılmasını tələb edirlər.

***

İrəvanda mitinq iştirakçıları Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin binasına doğru yürüş edir.

«Qanunun aliliyini, represiyalara soyulmasını tələb etmək üçün Baş Prokurorluğa tərəf yollanırıq. Baş Prokurorluq tezlikdə hakimiyyətdən gedəcək Nikol Paşinyana yox, respublikaya, vətəndaşlara və konstitusiyaya xidmət etməlidir», – iştirakçılar bildiriblər.