İrəvan İran və Rusiyanı Qərb kəşfiyyatına BELƏ SATIR – Zaxarovadan ŞOK AÇIQLAMA

0
212

“Biz görürük ki, Qərb mediası sözün əsl mənasında rəsmi İrəvanın təmsilçiləri ilə razılaşıb, onlardan təxribat xarakterli suallara cavablar alıb”.

Bunu oktyabrın 26-da keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan Respublikası liderinin KTMT ilə bağlı son bəyanatları ilə bağlı sualı cavablandırarkən deyib.

“Biz görürük ki, bu məsələlər Moskva ilə İrəvan arasında çoxşaxəli əlaqələrə maksimum zərər vurmağa yönəlib. Təəssüflər olsun ki, indiki erməni reallıqlarında belə qızışdırmalar işləyir.

Bizən də tez-tez soruşurlar və tez-tez təxribatçı suallar verirlər. Amma biz cavab verməyə üstünlük veririk ki, biz münasibətlərimizdə, xüsusən də Ermənistanla münasibətlərimizdə mövcud olan məsələləri ikitərəfli kanallar vasitəsilə həll edirik. Biz bu təxribat bakteriyasının böyüməsinə əsas vermirik.

İndi İrəvanın KTMT ilə bağlı iddialarına gəlincə – Bu təşkilatın effektivliyi, məsələn, 2022-ci ilin yanvarında Qazaxıstanda baş verən hadisələr zamanı inandırıcı şəkildə nümayiş etdirildi. Əgər Ermənistan rəhbərliyi təşkilatın müşahidə missiyasının respublika ərazisində yerləşdirilməsinə razılıq versəydi, bir çox problemlərin də qarşısını almaq olardı. Lakin bunun əvəzində Ermənistan rəhbərliyi monitorinq adı altında Rusiya və İrana qarşı kəşfiyyat məlumatları toplayan, eksklüziv olaraq Brüsselə hesabat verən Aİ missiyasını dəvət etmək qərarına gəlib. Onun effektivliyi xüsusi müsbət nəticələrin olmaması ilə qiymətləndirilə bilər. İrəvanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələsində Qərbin vasitəçiliyinə üstünlük verdiyi və 2020-ci ildən 2022-ci ilə qədər əldə edilmiş ən yüksək səviyyədə üçtərəfli razılaşmalar toplusunun həyata keçirilməsini dayandırmaq cəhdləri getdikcə daha aydın görünür”. Zaxarova deyib.