İrəvan Əliyevlə Paşinyanın Albaniya görüşünü şərh etdi: Kifayət qədər…

0
14

Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanla arasında Albaniyada keçirilən görüş konstruktiv keçib.

Bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan İrəvan Dialoqu forumu çərçivəsində jurnalistlərə bildirib.

“Bizim fikrimizcə, görüş kifayət qədər konstruktiv keçdi. Və iki ölkənin liderləri sülh müqaviləsinin imzalanması ilə bağlı müzakirələri davam etdirməyə hazır olduqlarını bildirdilər”, – o bildirib.

İrəvan hesab edir ki, yaxın gələcəkdə Azərbaycan tərəfi ilə müzakirələri davam etdirmək imkanı olacaq.

Xatırladaq ki, Əliyev-Paşinyan görüşü mayın 16-da Tiranada Avropa Siyasi Birliyinin 6-cı sammiti çərçivəsində baş tutub.