İrəvan dəmir yolu qərarı verdi: 226 milyonu axtarır

0
400

İrəvan hökuməti Arazdəyən-Horadiz dəmir yolunun Ermənistan ərazisində tikintisi üçün hansı vəsaitdən istifadə olunacağı ilə bağlı hələ qərar verməyib.

Qeyd olunub ki, layihənin həyata keçirilməsi ilə bağlı qərar verilib, lakin dəmir yolunun tikintisi üçün nəzərdə tutulan 226 milyon dollara yaxın vəsaitin haradan əldə olunacağı bəlli deyil.

Ermənistanın İqtisadiyyat Nazirliyi məsələnin onların səlahiyyətlərindən kənarda olduğunu, Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi isə maliyyə mənbəyinin seçilməsi məsələsinin bəlli olmadığını bildirib.

Ölkənin Maliyyə Nazirliyi bütün məsələlərin müzakirə mərhələsində olduğunu bəyan edib:

“Bütün mümkün variantlar təhlil edilir. Hazırda əmlakın mülkiyyətçiliyi, vəziyyəti və digər məsələlərin müəyyən edilməsi üçün Mehri və Arazdəyən hissələrinin inventarlaşdırılması işləri aparılır. Layihənin həyata keçirilməsi üçün bütün maliyyə xərclərinin ifadə olunduğu texniki-iqtisadi əsaslandırmadan sonra məsələyə baxmaq olar”.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan Naxçıvan ərazisindən keçən Arazdəyən-Mehri dəmir yolunun bərpası ilə məşğul olacaq işçi qrupunun yaradılması barədə qərar imzalayıb.