İrəvan Bakı ilə sərhədlərin delimitasiyası prosesini sürətləndirməyə hazırdır

0
148

Ermənistan Azərbaycanla iki ölkə arasında 2022-ci ildə Praqada imzalanmış yazılı razılaşmalar əsasında sərhədlərin delimitasiyası prosesini sürətləndirməyə hazırdır.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyanın bəyanatında deyilir.

“Oktyabrın altısında Praqada Azərbaycan və Ermənistan yazılı şəkildə razılığa gəliblər ki, 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır və bu Bəyannaməni delimitasiya prosesinin siyasi əsası kimi qəbul edir. Biz bu saziş əsasında Azərbaycanla sərhədlərin delimitasiyası prosesini sürətləndirməyə hazır olduğumuzu təsdiq edirk”, – o qeyd edib.