İrəvan Bakı ilə gizli danışıq aparır: Baqdasaryan ŞOK DETALLAR AÇIQLADI

0
133

“Borrelin təmsil olunduğu Qərb Ermənistan hakimiyyətinin təhriki ilə Azərbaycanı qınadı, Rusiya isə qınamadı, dərin narahatlığını bildirdi”.

Bunu erməni politoloq Armen Baqdasaryan deyib.

O bildirib ki, Zəngəzur dəhlizinə eyni zamanda Rusiya, Türkiyə və Qərbin təmsil olunduğu hər bir maraqlı tərəf nəzarət etməyə çalışır.

“Qərb, KTMT-dən və Aİİ-dən çıxsa, dəhlizin Ermənistanın nəzarətinə keçməsinə qarşı olmayacaq. Belə olan halda Qərb dəstək verəcək, çünki onlar dəhlizin qərb yönümlü ölkə tərəfindən idarə olunduğuna inanacaqlar. Əgər belə deyilsə, onlar Ermənistanın nəzarətini KTMT-nin, yəni Rusiyanın nəzarəti kimi qəbul edəcəklər. Biz başa düşməliyik ki, harada daha çox risk və fayda var, emosiyalara əsaslanaraq qərar qəbul edə bilməzsiniz”, – Baqdasaryan vurğulayıb.

O, əmindir ki, Ermənistan hakimiyyəti Azərbaycan, Qərb və Rusiya ilə gizli danışıqları aparır.

“Rusiyanın vədlərinə inanmaq üçün heç bir əsas yoxdur və Qərb isə bu vədləri ümumiyyətlə vermir. Biz minimal itkilər yolu ilə getməliyik və regionun Rusiya Federasiyası ilə Qərb arasında toqquşma meydanına çevrilməsinin qarşısını almalıyıq. Etiraf edim ki, bu risklər artır”, – ekspert əlavə edib.