Ermənistan sülh müqaviləsi ilə bağlı təkliflərdən ibarət cavab paketi hazırlayır.
Bu barədə “Sputnik Ermənistan”a Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.
“Ermənistanın sülh müqaviləsi ilə bağlı cavab təklifləri hazırlıq mərhələsindədir, Ermənistan artıq səsləndirilən və təqdim olunan fundamental müddəalara uyğun olaraq, sazişi mümkün qədər tez imzalamağa hazırdır”, – deyə Badalyan bildirib.
Ermənistan iyun ayında Azərbaycandan sülh müqaviləsi layihəsi ilə bağlı 10-cu təkliflər paketini alıb.