İqtisadiyyat naziri ali məktəb dərsliklərinin ƏDV-dən azad edilməsi ilə bağlı təklifə cavab verib

0
460
İqtisadiyyat naziri ali məktəb dərsliklərinin ƏDV-dən azad edilməsi ilə bağlı təklifə cavab verib
İqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən iclasında ali məktəb dərsliklərinin ƏDV-dən azad edilməsi ilə bağlı deputatların təklifinə cavab verib.

Nazir bildirib ki, ümumtəhsil və peşə məktəblərindən fərqli olaraq burada vahid sifarişçi yoxdur: “Bildiyiniz kimi, ali təhsil çox böyük transformasiyalara uğrayıb. Bir çox halda dərslik hansısa məşhur alimin iqtisadi ədəbiyyatı da ola bilər, elmi ədəbiyyat da ola bilər. Bu da ali təhsil məktəbləri üçün dərslik kimi meyarların izlənilməsində çətinliklər yaradır. Bütün bunlara baxmayaraq, biz Təhsil Nazirliyində olan həmkarlarımızla da məsləhətləşmələr aparırıq. Çalışarıq ki, müvafiq qaydada mütləq bu məqamları nəzərə alaq”.