İqtisadi Zonaların İnkişafı Agentliyinin nizamnamə fondu müəyyənləşib

0
324

Prezident İlham Əliyev Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb.

Fərmanının icrası ilə əlaqədar “İqtisadi Zonaların İnkişafı Agentliyinin Nizamnaməsi” təsdiq edilib. 

Müəyyən edilib ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin (bundan sonra – Agentlik) nizamnamə fondu 60 500 000.0 (altmış milyon beş yüz min) manat təşkil edir və aşağıdakı mənbələr hesabına formalaşdırılır:

2.1. 60 (altmış) milyon manatı Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 13 mart tarixli 2534 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.3.3-cü yarımbəndində Agentliyin nizamnamə kapitalının artırılması üçün müəyyən edilmiş vəsait hesabına;

2.2. 500 (beş yüz) min manatı “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalı hesabına.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 2.1-ci bəndində nəzərdə tutulan maliyyələşməni təmin etsin.

İqtisadiyyat Nazirliyi Agentliyin strukturunu, əməyin ödənişi fondunu, işçilərin say həddini və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini bir ay müddətində təsdiq etməli, bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.