İqtisadçı ekspert Ermənistandakı acınacaqlı vəziyyətdən danışdı

0
11

“Rəsmi statistikaya görə, 2025-ci ilin aprelində əvvəlki ilin müvafiq ayı ilə müqayisədə Ermənistanda tərəvəzin qiymətləri 17,9%, meyvənin qiymətləri isə 7,9% artıb”.

Bunu iqtisadçı ekspert Suren Parsyan deyib.

O bildirib ki, Ermənistanda cari ilin mart ayı ilə müqayisədə kartof 47%, xiyar 16,6%, alma 16,4%, çiyələk isə 23,7% bahalaşıb:

Ekspert rəsmi məlumatlara əsaslanaraq qeyd edib ki, Ermənistanın hər dördüncü sakini yoxsuldur və gəlirlərinin böyük hissəsini yeməyə xərcləyirlər:

“Qiymətlərin qalxmasını nəzərə alsaq, yoxsulluğun səviyyəsi daha da artır. Tərəvəz və meyvələrin bahalaşmasının əsas səbəbi uğursuz kənd təsərrüfatı siyasətidir”.