İqor Korotçenko: “Laçın şəhərinin Azərbaycanın nəzarətinə qaytarılması üçtərəfli bəyanatda nəzərdə tutulub”

0
247

“Laçın şəhərinin Azərbaycanın nəzarətinə qaytarılması 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda nəzərdə tutulub”.

bunu hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko bildirib.

Ekspertin sözlərinə görə, Azərbaycanın diplomatik və hərbi sahədə qəbul etdiyi qərarlarının vəhdəti Ermənistanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə vadar edib: “Azərbaycan öz öhdəliklərini ciddi şəkildə yerinə yetirir. O, diplomatik və hərbi qərarları ilə Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə vadar edir”.

Politoloq vurğulayıb ki, bundan sonra Zəngəzur nəqliyyat dəhlizi ilə bağlı məsələni həll etmək lazımdır: “Zəngəzur dəhlizi ilə bağlı məsələnin həlli artıq gecikib. Görünən odur ki, eksterritorial dəhliz olmalıdır. Orada erməni sərhədçiləri və gömrükçüləri olmamalıdır. Üstəlik, Zəngəzur dəhlizinin hüquqi rejimi Laçın dəhlizinin hüquqi rejiminə tam uyğun olmalıdır”.

İ.Korotçenko vurğulayıb ki, qarşıda sülh və sabitliyə gətirib çıxaracaq işlər həyata keçiriləcək: “Lakin bununla bağlı hələ görüləsi çox işlər var”.