“Qadınlar iqlim fəaliyyətinin ön sıralarındadır və şəffaflıq hesabatlarında təmsil olunmalıdırlar”.
Bunu “UN Women”in iqtisadi hüquqların genişləndirilməsi şöbəsinin rəhbəri Cemima Ndzuki “Gender Bərabərliyi Günü. Şəffaflıqda Gender Tərəflər Konfransının 29-cu sessiyası”nda çıxışı zamanı deyib:
“İqlim dəyişikliyi qadınların həyatına ciddi təsir göstərir, lakin bu təsir çox vaxt cəmiyyət tərəfindən tanınmır. Proqnozlarımıza görə, ən pis iqlim ssenarisində 2050-ci ilə qədər iqlim dəyişikliyi 158 milyondan çox qadını yoxsulluğa sürükləyəcək və 236 milyon qadın üçün ərzaq təhlükəsizliyi problemini daha da ağırlaşdıracaq”.