İsveçrənin Lozanna Universiteti və Fransanın Qrenobl Universiteti tərəfindən Alp dağlarında buz həcminin gələcəyi ilə bağlı araşdırma dərc edilib.
Araşdırmaya görə, qlobal temperaturun artmasının dayanacağı ən optimist ssenaridə 2050-ci ilə qədər Avropa Alp dağlarında buzun ən azı 34 faizi yox ola bilər.
Başqa bir hesablamaya görə, son 20 ildə buzlaqların ərimə tendensiyası davam edərsə, 2050-ci ilə qədər buzlaqların həcminin təxminən 46 faizi əriyə bilər.
Son 10 ilin məlumatlarına əsaslansaq, bu nisbət yüzdə 65-ə qədər arta bilər.
Tədqiqatda fikirləri yer alan Lozanna Universitetinin müəllimi Samuel Cook, buzlaqlarla bağlı mövcud vəziyyətin daha da pis ola biləcəyinə diqqət çəkib.