
İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2022-ci il üzrə ipoteka kreditləri üçün limitlər ayrılıb.
Artıq bu gün saat 11:00-dan limitlərin aktivləşdirilməsinə başlanılıb.
Xatırladaq ki, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2022-ci il ərzində ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayrılıb.