“Apple” şirkəti iki milyarda yaxın “iPhone” istifadəçisinə təhlükəsizlik xəbərdarlığı edib.
Bu barədə “Daily Mail” qəzeti yazıb.
Bildirilib ki, rəqəmsal məxfiliyin ciddi təhlükə altında olduğunu iddia edən şirkət, istifadəçilərindən “Google”-un “Chrome” brauzerindən imtina etməyi tövsiyə edib.
Bu brauzerdə olan kukilər vebsaytlara və reklamçılara “Chrome” istifadəçilərinin fəaliyyətini izləməklə fərdiləşdirilmiş reklamlar göstərməyə imkan verir.
Bu səbəbdən bəzi hallarda bank qeydləri kimi həssas məlumatlarınızın oğurlanma ehtimalı yarana bilər.