İntihar istəyinin ağlagəlməz səbəbi açıqlandı

0
205

Qlobal istiləşmənin daha da artması intiharların sayının çoxlmasına gətirə bilər.

Bu barədə ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyinin alimləri proqnoz veriblər. Onların araşdırması “GeoHealth” jurnalında dərc olunub.

Göstəriciləri hesablamaq üçün alimlər intiharların tezliyi, altı iqlim modelindən proqnozlar, eləcə də əhali sayının dəyişiklikləri haqqında məlumatları özündə əks etdirən xüsusi model tərtib ediblər.

Məlum olub ki, istilik insanın psixoloji, sosial, bioloji göstəricilərinə təsir göstərir.

Alimlərin fikrincə, 1-6 dərəcə istiləşmə hər il intiharların sayının 283-1660 nəfər artmasına səbəb olacaq (Bu 2015-ci illə müqayisədə 4% çoxdur).

Hazırda alimlər qlobal təbii proseslər fonunda insan psixikasındakı dəyişiklikləri ləngitməyin yollarını axtarırlar.