Bu gün İctimai Nəzarət Koalisiyası İB-nin QHT Evində İNK İB-nin, DAMM İB, SİMİB-in təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 96-cı ildönümü münasibətilə “Nadir gənc İntellektual Rəssamlar” sərgisi açılışmışdır.
Qeyd edək ki, sərgi iştirakçıları ilk öncə Ümummmilli liderimiz Heydər Əliyevin məzarını ziyarət etmişlər.
“Azərbaycan” nəşriyyatında yerləşən QHT evində gənc rəssamlar Surə Dadaşzadə və Abdürrəhim Bağırlının 50-ə yaxın rəsm əsəri nümayiş etdirilir.
Azərbaycanda və dünyanın bir neçə ölkəsində keçirilmiş rəsm sərgilərində əsərləri nümayiş etdirilmiş, bir sıra fəxri diplomlara və mükafatlara layiq görülmüş bu iki gənc rəssamın əl işləri bu günkü sərgidə də də böyük maraq və rəğbətlə qarşılandı.
Sərgini giriş sözü ilə açan Rasim Məmmədov istedadlı gənclərimizin hər zaman diqqət mərkəzində olmasının vacibliyindən və onların uğurlarının daimi olması üçün lazımi mənəvi köməkliyi heç bir zaman əsirgəməyəcəyindən danışdı.
Iclasda çıxış edən Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyasının direktoru Aytən Əhmədova, həmin Gimnaziyanın direktor müavini, rəssam-sənətşünas Kəmalə Kərimova, müəllimə Qənirə Əsgərova və gənc rəssamların sinif yoldaşları gənc rəssamlara daimi müvəffəqiyyətlər arzulamışlar.
Tədbirdə Abdürrəhim Bağırlı, Surə Dadaşzadə Milli təsviri sənətin zənginləşməsindəki səylərinə, respublikamızın incəsənət həyatında fəallıqlarına görə İNK, DAMM və SİMİB fəxri diplomları ilə təltif olunmuşlar.
Müasir Azərbaycan İncəsənətinin inkişafındakı xidmətlərinə, respublikamızın pedaqoji-mədəni həyatındakı uğurlu fəaliyyətlərinə görə Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının təmayül fənnləri üzrə direktor müavini, Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam-sənətşünas Kəmalə Kərimova və həmin gimnaziyanın müəllimi Qənirə Əsgərova DAMM İB-nin Ali diplomu ilə təltif olunmuşlar.
Gənc rəssamların sərgisinə gimnaziya şagirdlərinin ifası xüsusi rövnəq vermişdir.
Rasim Məmmədov bu kimi tədbirlərin keçirilməsinin İNK, DAMM və SİMİB-in fəaliyyət proqramının, hər zaman olduğu kimi, ayrılmaz hissəsi olacağını bildirmişdir.
“ictimaixeber.az”