Sosial media nəhəngi Meta yeniyetmələrin onlayn təhlükəsizliyini artırmaq məqsədilə Instagram platformasında ciddi yeniliklər tətbiq edir.
Yeni qaydalara əsasən, 16 yaşdan kiçik istifadəçilər valideynlərinin icazəsi olmadan Instagram-ın Canlı yayım funksiyasından istifadə edə bilməyəcəklər.
Onların “strim” apara bilməsi üçün valideynlərinin razılığı tələb olunacaq.
Bundan başqa, onların ismarıcda göndərdiyi fotoşəkillərdə alqoritm çılpaq təsvir aşkarlayacağı təqdirdə, onlara avtomatik olaraq “blur” (bulanıq təsvir) effekti veriləcək və onun deaktivasiyası üçün də valideynin icazəsi lazım gələcək.
Meta bildirib ki, hazırda Instagram yeniyetmə hesablarından dünya üzrə 54 milyon 18 yaşdan kiçik istifadəçi yararlanır. Bu istifadəçilərin 90%-dən çoxu standart məhdudiyyətlərə riayət edir.