Son günlərdə “İnstagram” sosial şəbəkəsində hər paylaşımı ilə insanların şərəf və ləyaqətini alçaldan hesab peyda olub. YPX.AZ xəbər verir ki, fərqli hesablardan hal hazırda adı “sonndeyqee3” olan hesaba fərqli insanlara məxsus şəxsi şəkillər atılaraq paylaşılması tələb edilir və səhifəni idarə edən şəxs bu şəkilləri paylaşaraq onları təhqiredici ifadələrlə şərh edir. Belə ki, səhifəni idarə edən şəxs, yaş və cinsiyyət fərqi olmadan fərqli insanların şəxsi şəkillərini paylaşır, şəkillərin üzərinə həmin şəxslərə məxsus instagram hesablarını qeyd etməkə onları şəxsiyyətlərini alçaldacaq şəkildə təhqiredici ifadələrlə təhqir edərək böhtanlar atır. Təəssüflər olsun ki, belə bir səhifənin artıq minlərlə izləyicisi var və hesabın hekayə bölümündə paylaşılan şəkillər on minin üzərində hesap tərəfindən izlənir və təəssüflər olsun ki, izlənmə sayı durmadan artmaqdadır. Fərqli-fərqli istifadəçilər tərəfindən hesab izlənərkən, hesabı idarə edən şəxsə məxsus olan telefon nömrəsi və şəkil əldə edildiyi də iddia olunur. Hekayələrində paylaşdığı bir şərhdə onu polisə şikayət etdiklərini ancaq polisdən qorxmadığını bildirən istifadəçi polislərimizin ünvanına da təhqir edici ifadələr istifadə edib. Qeyd edək ki, redaksiyamıza daxil olan saysız-hesabsız müraciətlər və məlumatlar əsasında YPX.AZ komandası bu məsələ ilə bağlı araşdırma apararaq məsələnin bir çox yanı ilə həqiqəti özündə əks etdirdiyinin şahidi olub. Kimliyindən aslı olmayaraq insanları bu formada alçaldan və bunu açıq şəkildə, qorxmadan edərək milli mənəvi dəyərlərimizi heçə saymaqla cəmiyyət qarşısında sərgiləyən şəxs haqqında hüquq mühavizə orqanlarının lazımi tədbir görəcəyini və layiqli formada cəzalandıracağını ümid edirik.