İnsanların qocalmasını ləngidən dərman ixtira olundu

0
80

Alimlərin hazırladığı yeni dərmanın laboratoriya siçanlarının ömrünü uzada biləcəyi müəyyən edilib.

Bu dərmanın insanların qocalmasını da ləngidə bilcəyi iddia olunur.

Dərman insan orqanizminin inkişafında mühüm rol oynayan və qocalmanı sürətləndirdiyi güman edilən “İnterleykin-11” zülal qrupuna qarşı hazırlanıb.

İstifadəyə yararlı olan dərmanın insanlarda sınaqdan keçirildiyi, lakin fərdlərdə qocalma əleyhinə nəticələrinin hələlik məlum olmadığı bildirilib.

Tədqiqat “Nature” jurnalında dərc olunub.