İnsanların Marsa uçuşu yaxın 10 il ərzində mümkün olacaq

0
41

İnsanlıq artıq növbəti 10 il ərzində Marsın səthinə qədəm qoya bilər.

Bu barədə müsahibəsində ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) keçmiş direktor köməkçisi Çarlz Vinsent bildirib.

Onun sözlərinə görə, texniki baxımdan belə bir missiyanın həyata keçirilməsi üçün imkanlar artıq mövcuddur, lakin ABŞ üçün əsas maneə maliyyələşdirmə çatışmazlığı olaraq qalır.

“Bir çox aspektlərdə lazımi texnologiyalar artıq hazırlanıb. Bizə sadəcə bu iddialı layihəni ödəmək üçün bir yol tapmaq lazımdır”, – deyə Vinsent vurğulayıb.

Ekspert xatırladıb ki, əvvəllər NASA-da insanın artıq 2018-ci ilə qədər Marsa göndərilməsi imkanı nəzərdən keçirilirdi, lakin bu planlara layihənin yüksək dəyəri mane olub. Buna baxmayaraq, Vinsentin fikrincə, lazımi maliyyələşdirmə və siyasi iradə olduqda Qırmızı planetə pilotlu uçuş yaxın onillikdə tamamilə reallığa çevrilə bilər.