İnsanlar Türkiyə və Ermənistana uça bilmirlər: Moskvada nə baş verir?

0
43

Moskvanın Domodedovo hava limanında səkkiz saatlıq yubanma baş verib: sərnişinlər Türkiyə və Ermənistana uça bilmir. 

Bu barədə “Mash” Telegram kanalı məlumat yayıb.

Qapalı qalan sərnişinlərin verdiyi məlumata görə, Ural Hava Yolları heç bir səbəb göstərmədən uçuşları təxirə salıb.

“İçəridə çoxlu uşaq və pensiyaçılar var. Təxminən 2 saat əvvəl şirkət nümayəndəsi sərnişinlərin yanına gələrək su verəcəyini vəd edib və yoxa çıxıb. Suallara cavab vermədi. Turoperatorlar müştərilərə bildiriblər ki, onların da sorğularına məhəl qoyulmur”, – resurs yazır.