İnsanlar ölməzdən əvvəl nə görürlər?

0
134

Özünü ölmək üzrə olan insanların yaşadıqlarını tədqiq etməyə həsr edən amerikalı həkim Britaniyanın BBC telekanalına diqqətçəkən açıqlamalar verib.

Amerikalı həkim Kristofer Kerr xəstələrin ölməzdən öncə nə gördükləri ilə bağlı danışıb.

Kerr bildirib ki, xəstələr həyatlarının mühüm anlarını yenidən yaşaya bilərlər, ya da illər əvvəl ölmüş anaları, ataları, uşaqları və heyvanları ilə danışa bilərlər:

“Bu münasibətlərin xatirəsi çox mənalı və təsəlliverici şəkildə geri qayıdır, yaşadıqları həyatı qiymətli edir və ölüm qorxusunu azaldır”.

Bəzi həkimlər bu vəziyyəti halüsinasiyalar və ya qarışıqlıq kimi təsvir edirlər. Kerrin araşdırmasına görə, insanların 88 faizi bu təcrübələrdən ən azı birini yaşayıb. Yuxularında gördükləri insanlar daha çox həyatları boyu onlara dəstək olmuş və sevmiş insanlardır.

Uşaqlar üçün reallıq və təxəyyül arasında kəskin sərhəd olmadığı üçün onlar bu təcrübələri daha canlı yaşayırlar. Onların gördüklərinin çox daha canlı və rəngarəng olduğu bildirilir.